Ucnoqta.az
www.ucnoqta.az

Naftalanda gənc oğlan özünü beşinci mərtəbədən atıb

08:25 - 22 Noyabr 2021 tarixində dərc olunub.
Naftalanda gənc oğlan intihara cəhd edib. "Report"un məlumatına görə, hadisə Naftalan şəhərində yerləşən beş mərtəbəli binaların birində qeydə alınıb. Belə ki, 1998-ci il təvəllüdlü E.Süleymanov özünü yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq intihara cəhd edib. Ağır xəsarət alan gənc Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb. Faktla bağlı araşdırmalara başlanılıb.
Müəllif: