Ucnoqta.az
www.ucnoqta.az

Goranboyda iki minik avtomobili toqquşub, 4 nəfər xəsarət alıb

18:26 - 21 Noyabr 2021 tarixində dərc olunub.

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Əhmədabad kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ 21011" və "VAZ 21015" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 1970-ci il təvəllüdlü Məmmədova Zəminə Valeh qızı, 1993-cü il təvəllüdlü Məmmədova Ruslan Əlövsət oğlu, 2012-ci il təvəllüdlü Qasımov Nihat Nicat oğlu və 1995-ci il təvəllüdlü Qasımova Əfsanə Əlövsət qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: