Ucnoqta.az
www.ucnoqta.az

Polis maşınla velosipedçini vuraraq öldürüb -<font color=red><b> FOTO</b></font>

00:23 - 21 Noyabr 2021 tarixində dərc olunub.

Bu gün axşam saatlarında Göyçay rayonunda ölümlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.

 Göyçay rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşı, Göyçayın Potu kənd sakini, 1992-ci il təvəllüdlü Məmmədov Hüseyn Cavid oğlu xidməti avtomobillə hərəkətdə olarkən Göyçay şəhər 3 saylı tam orta məktəbin qarşısında yolu keçən velosipedçini, 1992-ci il təvəllüdlü Qurbanov Fərid Bayram oğlunu vurub.

O, aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. ///Apa

Müəllif: