Ucnoqta.az
www.ucnoqta.az

İmişlidə yol qəzasında sürücü yaralanıb

00:10 - 21 Noyabr 2021 tarixində dərc olunub.

İmişlidə minik avtomobilləri toqquşub, sürücülərdən biri xəsarət alıb.

Yol-nəqliyyat hadisəsi rayonun Sarxanlı kəndi ərazisində baş verib.

“VAZ 2107” markalı avtomobillə “VAZ 2106” markalı avtomobil toqquşub. Nəticədə “VAZ 2107” markalı avtomobilin sürücüsü, Sarxanlı kənd sakini, 1993-cü il təvəllüdlü Camalzadə Xəzri İkram oğlu sınıq xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///Apa

Müəllif: