Ucnoqta.az
www.ucnoqta.az

Tovuz sakini zəhərlənib, vəziyyəti ağırdır

23:29 - 20 Noyabr 2021 tarixində dərc olunub.

Tovuz rayonunda zəhərlənmə hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Bozalqanlı kəndində qeydə alınıb.

Kənd sakini, 1995-ci il təvəllüdlü Abbasov Pərviz Fazil oğlu zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, kişi yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

 

Müəllif: