Ucnoqta.az
www.ucnoqta.az

Bakıda bağlı qapı arxasında qalan iki azyaşlı xilas edilib

21:25 - 20 Noyabr 2021 tarixində dərc olunub.

Bakı şəhərinin Suraxanı rayonunda 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

 

Müəllif: