Ucnoqta.az
www.ucnoqta.az

Şamaxıda iki avtomobil toqquşub, xəsarət alan var

20:38 - 20 Noyabr 2021 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Şamaxı rayonu, Muğanlı kəndində “Toyota” və “Mercedes” markalı iki minik avtomobili toqquşub.

Ucnoqta.az bu barədə FHN-ə istinadən xəbər verir.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan "Toyota" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: