Ucnoqta.az
www.ucnoqta.az

ANAMA-dan minaya düşən əməkdaşla bağlı <font color=red><b>AÇIQLAMA</b></font>

15:14 - 20 Noyabr 2021 tarixində dərc olunub.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ötən gün Zəngilanda mina partlayışı zamanı xəsarət alan əməkdaşı ilə bağlı məlumat yayıb.

Agentlikdən Ucnoqta.az-a verilən məlumata görə, qurumun Partlamamış Hərbi Sursatlar qrupunun (PHSQ) təhlilçi-operatoru Babayev Vaqif Əlizaab oğlu Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi hospitalına yerləşdirilib. Vəziyyəti stabil olaraq qiymətləndirilir.

Qeyd edilir ki, 19 noyabr 2021- ci il tarixində Vaqif Babayev Zəngilan rayonunda öz xidməti fəaliyyətini yerinə yetirərkən məsafədə baş verən tank əleyhinə minanın partlayışı nəticəsində agentliyin əməkdaşı yüngül qəlpə yaraları alıb.

 

Müəllif: