Ucnoqta.az
www.ucnoqta.az

Tovuzda evlərdən oğurluq edən şəxs saxlanılıb

13:54 - 20 Noyabr 2021 tarixində dərc olunub.

Tovuzda evlərdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 5 700 manat pul və 10 000 manat dəyərində qızıl-zinət əşyaları, digər 1 evdən isə 300 manat pul oğurlamaqda şübhəli bilinən Hunanlar kənd sakinləri V.İbrahimov saxlanılıb. Digər 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: