Ucnoqta.az
www.ucnoqta.az

Goranboy sakini minaya düşdü

13:27 - 20 Noyabr 2021 tarixində dərc olunub.

Goranboy rayon sakini minaya düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, rayonun Tapqaraqoyunlu kənd sakini, 1972-ci il təvəllüdlü Qarayev Şahin Qədir oğlunun örüş sahəsində heyvan otaran zaman minaya düşməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. 

"Hazırda Goranboy Rayon Polis Şöbəsinin və digər aidiyyəti qurumların əməkdaşları hadisə yerinə cəlb olunublar. Şahin Qarayevin xəsarət aldığı məlum olub. Hazırda yaralı xəstəxanaya aparılır", - Mətbuat Xidmətindən bildirilib.

Müəllif: