Ucnoqta.az
www.ucnoqta.az

Şəkidə avtomobil piyadanı vuraraq öldürüb

12:30 - 20 Noyabr 2021 tarixində dərc olunub.

Şəkidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Salman Mümtaz küçəsində qeydə alınıb. Belə ki, rayonun Baş Küngüt kənd sakini Arif Ağammədov idarə etdiyi “VAZ-2103” markalı avtomobillə yolu keçən piyada, 1948-ci il təvəllüdlü şəhər sakini Rasif Abdullayevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: