Ucnoqta.az
www.ucnoqta.az

Ötən gün 166 nəfər toylara buraxılmayıb

10:35 - 20 Noyabr 2021 tarixində dərc olunub.

Noyabrın 19-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində344 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 8 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 166 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Müəllif: