Ucnoqta.az
www.ucnoqta.az

Körpüdən asılı qalmış avtomobildən sürücü belə xilas edildi - <font color=red><b>VİDEO</b></font>

14:22 - 18 Noyabr 2021 tarixində dərc olunub.

Bu gün gecə saatlarında Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, 1991-ci il təvəllüdlü Rüstəmov Orxan Əvəz oğlunun idarə etdiyi VAZ-2106 markalı minik avtomobili körpü üzərində qəzaya uğrayıb.

Qəza nəticəsində vətəndaş içərisində olmaqla avtomobil körpüdən asılı vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər xüsusi xilasetmə avadanlıqlarından istifadə etməklə vətəndaşı avtomobildən çıxararaq xilas ediblər.

Müəllif: