Ucnoqta.az
www.ucnoqta.az

Şəkidə qəza olub, xəsarət alanlar var

10:12 - 18 Noyabr 2021 tarixində dərc olunub.

Şəki şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, şəhərin B. Vahabzadə küçəsində Şəki şəhər sakini Sərxan Məmmədli idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Hüseyn Hüseynovun idarə etdiyi “Land-Cruiser” markalı avtomobili arxa hissəsindən vuraraq yol-nəqliyyat hadisəsi törədib. Nəticədə “VAZ-2107”nin sürücüsü S. Məmmədli və nəqliyyat vasitəsində olan digər 2 qadın sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: