Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə iki piyadanı maşın vurub

20:09 - 17 Noyabr 2021 tarixində dərc olunub.

Gəncə şəhərində piyadaların vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Üzeyir Hacıbəyli prospektində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2107" markalı minik maşını yolu keçmək istəyən orta yaşlı qadını və kişini vurub.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: