Ucnoqta.az
www.ucnoqta.az

Erməni təxribatı nəticəsində şəhid olan hərbçimiz dəfn edildi <font color=red><b>- FOTO</b></font>

16:29 - 17 Noyabr 2021 tarixində dərc olunub.

Ermənistanın noyabrın 16-da dövlət sərhədində törətdiyi təxribatla bağlı gedən döyüşlərdə şəhid olan hərbçi Natiq Əliyev Gəncədə dəfn olunub.

Şəhid Gəncə şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, kiçik çavuş Əliyev Natiq Yusif oğlu 1990-cı ildə anadan olub. Natiq Əliyev ailəli olub, 1 qızı var.

Qeyd edək ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub. Döyüşlərdə 10 hərbi qulluqçumuz yaralanıb.///oxu.az

Müəllif: