Ucnoqta.az
www.ucnoqta.az

Bakıda Rusiya vətəndaşı dəm qazından boğuldu

11:39 - 16 Noyabr 2021 tarixində dərc olunub.

Bakıda 37 yaşlı qadın dəm qazından boğularaq ölüb.

Ucnoqta.az Report-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, H.Aslanov qəsəbəsində baş verib.

Belə ki, Rusiya vətəndaşı, 1984-cü il təvəllüdlü Timoşevskaya Vera Valeryevna yaşadığı evdə hamam otağında paltar yuyarkən dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: