Ucnoqta.az
www.ucnoqta.az

Bakıda avtomobildə silah və narkotik aşkar edilib - <font color=red><b>FOTO</b></font>

09:58 - 16 Noyabr 2021 tarixində dərc olunub.

Paytaxtda hərəkət edən avtomobildə odlu silah və psixotrop maddə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumatına görə, Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə dövlət qeydiyyat nişanı vurulmadan, etibarnaməsiz idarə edilən “Chevralet Aveo" markalı avtomobil saxlanılıb.

Daxil olan əməliyyat məlumatı əsasında Yardımlı rayon sakini 1997-ci il təvəllüdlü Samir Əmirovun idarə etdiyi avtomobildən 1 ədəd "Makarov" konstruksiyalı PM modelli tapança, 1 ədəd daraq, 1 ədəd patron və 1 büküm 4,474 qram psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb.

Fakta görə başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. S.Əmirov barəsində məhkəmənin qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib.

Müəllif: