Ucnoqta.az
www.ucnoqta.az

Ağdam sakini minaya düşərək ölüb

18:58 - 15 Noyabr 2021 tarixində dərc olunub.

Ağdam sakini minaya düşərək həlak olub.

Ucnoqta.az bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Məlumata əsasən, hadisə bu gün saat 17 radələrində rayonun Təzəkənd kəndində baş verib.

Belə ki, kənd sakini, 1981-ci il təvəllüdlü Ağayev Zaur İsa oğlu mal-qara otararkən minaya düşüb. Nəticədə o, hadisə yerindəcə həlak olub.

 

Müəllif: