Ucnoqta.az
www.ucnoqta.az

Bakı istiqamətində hərəkət edən “Prado” aşdı:<font color=red><b> Xəsarət alanlar var - FOTO</b></font>

18:36 - 15 Noyabr 2021 tarixində dərc olunub.

Ucar rayonunda yol qəzası olub.

“Report” xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki “Toyota Prado” markalı avtomobilin sürücüsü Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı avtomobilin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: