Ucnoqta.az
www.ucnoqta.az

Qəbiristanlıqdan oğurluq edən şəxslər saxlanılıb

11:59 - 15 Noyabr 2021 tarixində dərc olunub.

Yevlax rayonunda qəbiristanlıqdan oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Ucnoqta.az-a bildirilib ki, Yevlax Rayon Polis Şöbəsinə Malbinəsi kənd qəbiristanlığındakı 2 məzarın ətrafından 4 000 manat dəyərində olan aliminium barmaqlıqların oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri B.Qarayev və X.Musayev müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Müəllif: