Ucnoqta.az
www.ucnoqta.az

Qaxda daha bir nəfər göbələkdən zəhərləndi

10:40 - 15 Noyabr 2021 tarixində dərc olunub.

Qaxda 30 yaşlı kişi qidadan zəhərlənib.

Həmin şəxs rayonun Əmircan kənd sakini, 1991-ci il təvəllüdlü N.Məmmədovdur.

İlkin məlumata görə, o, göbələkdən zəhərlənib. 

Xəstəxanada ona ilkin tibbi yardım göstərilib və evə buraxılıb.

Qeyd edək ki, bir müddət əvvəl Qax rayonunun Ləkit kəndində də iki ailə göbələkdən zəhərlənmişdi.///oxu.az

Müəllif: