Ucnoqta.az
www.ucnoqta.az

Tovuzda ağır qəza - <font color=red><b> ölən və xəsarət alanlar var</b></font>

09:44 - 15 Noyabr 2021 tarixində dərc olunub.

Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan VAZ-2106 markalı minik maşını ilə VAZ-2107 markalı minik avtomobili toqquşub.

Qəza zamanı 1962-ci il təvəllüdlü Hüseyn Zeynalov hadisə yerində ölüb, altı nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olub.

Qəzanın başvermə səbəbləri araşdırılır.///Apa

Müəllif: