Ucnoqta.az
www.ucnoqta.az

Dənizdə batan şəxs xilas edildi - <font color=red><b>FHN</b></font>

19:41 - 14 Noyabr 2021 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkın yaxınlığında 1 nəfərin dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Bu barədə Ucnoqta.az FHN- istinadən xəbər verir.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Müəllif: