Ucnoqta.az
www.ucnoqta.az

Yevlaxda itkin düşmüş tələbə tapılıb

13:44 - 14 Noyabr 2021 tarixində dərc olunub.

Yevlaxda itkin düşmüş tələbə tapılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev məlumat verib. E.Hacıyev bildirib ki, rayonun Ərəş kəndində məskunlaşmış Kəlbəcər rayon sakini, birinci kurs tələbəsi ailəsinə təhvil verilib:

"Müəyyən olunub ki, o könüllü olaraq, ailəsini məlumatlandırmadan yaşadığı ünvanı tərk edib. Azyaşlı qıza qarşı zorakılıq, yaxud digər cinayətkar qəsd olmayıb".

Xatırladaq ki, Bakı Dövlət Universitetinin Şəki filialının I kurs tələbəsi olan yetkinlik yaşına çatmamış qız noyabrın 12-də itkin düşmüşdü.

Müəllif: