Ucnoqta.az
www.ucnoqta.az

BDU-nun baş müəllimi vəfat etdi - <font color=red><b>Foto</b></font>

13:32 - 14 Noyabr 2021 tarixində dərc olunub.

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin İngilis dili kafedrasının baş müəllimi Şölə Şirəliyeva vəfat edib.

Bu barədə "Report”a BDU-dan bildirilib.

Məlumata görə, Ş.Şirəliyeva 76 yaşında dünyasını dəyişib. O, 1968-ci ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb. Üç dərslik, üç dərs vəsaiti və iki metodik məqalənin müəllifi olub.

Allah rəhmət eləsin!

Müəllif: