Ucnoqta.az
www.ucnoqta.az

Samuxda 54 yaşlı kişi qətlə yetirilib

10:44 - 12 Noyabr 2021 tarixində dərc olunub.

Samuxda qətl hadisəsi baş verib.

Hadisə rayonun Sərkar kəndində qeydə alınıb.

Kənd 1967-ci il təvəllüdlü Hüseynov Aytəkin Əziz oğlu bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq yaralı xəstəxanada dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hədisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı Samux rayon prokurorluğunda araşdırma aparılır.///Apa

 

Müəllif: