Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə motosiklet avtobusla toqquşub,<font color=red><b> xəsarət alan var</b></font>

16:27 - 10 Noyabr 2021 tarixində dərc olunub.

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Hərəkətdə olan motosiklet sərnişin avtobusu ilə toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü, 28 yaşlı Rəhimov Surət Rəhim oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: