Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda bir nəfər şadlıq sarayının şaxtasına düşərək ölüb

15:29 - 10 Noyabr 2021 tarixində dərc olunub.

Noyabrın 9-u saat 20 radələrində Sumqayıt şəhər sakini 2003-cü il təvəllüdlü Adəm Əzimzadənin Sumqayıt şəhərində yerləşən şadlıq sarayında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər prokurorluğundan Ucnoqta.az-a bildirilib ki, aparılmış araşdırma zamanı müəyyən edilib ki, Adəm Əzimzadə dostu ilə görüşmək məqsədilə getdiyi “LOV Palace” şadlıq sarayının 2-ci mərtəbəsində olan zaman yükqaldırıcı vasitənin aşağıda olmasını bilməyərək ehtiyatsızlıqdan şaxtadan yerə yıxılıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Müəllif: