Ucnoqta.az
www.ucnoqta.az

Xaçmazda iki azyaşlı uşaq anası özünü asıb

22:28 - 9 Noyabr 2021 tarixində dərc olunub.

Xaçmaz rayonunda intihar hadisəsi baş verib.

Hadisə Qımılqışlaq kəndində qeydə alınıb.

Kənd sakini 1991-ci il təvəllüdlü Sevda Eyvaz qızı Qurbanova özünü yaşadığı evin həyətində asıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Qadının 2 azyaşlı övladı var.
Qadının yaxınlarının sözlərinə görə, S.Qurbanovanın özünə qəsd etməsinin səbəbi onun onkoloji xəstəlikdən əziyyət çəkməsi olub.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: