Ucnoqta.az
www.ucnoqta.az

Bakıda evlərdən oğurluq edən şəxs saxlanıldı

14:34 - 9 Noyabr 2021 tarixində dərc olunub.

Bakıda evlərdən oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 2 ev və 1 həyətyanı sahədən ümumilikdə 4 070 manat dəyərində təmir-tikinti alətləri, məişət əşyaları və inşaat materialları oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş M.Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: