Ucnoqta.az
www.ucnoqta.az

Göygöldə qadın qollarını kəsərək intihar edib

09:50 - 9 Noyabr 2021 tarixində dərc olunub.

Göygöldə intihar hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.

1956-cı il təvəllüdlü Elmira Niftəliyeva qollarını kəsərək intihar edib.
İlkin məlumata görə, o, psixoloji sarsıntı keçirərək bu yola əl atıb.
Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: