Ucnoqta.az
www.ucnoqta.az

Bakıda sərnişin avtobusu velosipedçini və yaşlı qadını vurub - <font color=red><b>FOTO</b></font>

17:56 - 7 Noyabr 2021 tarixində dərc olunub.

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə Aeroport yolunun Suraxanı rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, 141 saylı sərnişin avtobusu idarəetmədən çıxaraq əvvəlcə veelosipedçini, sonra isə təxminən 55-60 yaşlı qadını (hər ikisinin şəxsiyyətləri müəyyənləşdirilir-red) vurub. Nəticədə hər iki şəxs ağır xəsarətlər alıb.

Hadisə yerinə təcili yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: