Ucnoqta.az
www.ucnoqta.az

Bakıda iki avtomobil toqquşub - <font color=red><b>biri yanıb</b></font>

09:06 - 7 Noyabr 2021 tarixində dərc olunub.
Bakı şəhərinin Nizami rayonunda “Chevrolet” və “Toyota” markalı iki minik avtomobili toqquşub. Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nəticədə “Chevrolet” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Müəllif: