Ucnoqta.az
www.ucnoqta.az

Rusiya XİN-dən 10 noyabr bəyanatı ilə bağlı <font color=red><b>AÇIQLAMA</b></font>

00:00 - 6 Noyabr 2021 tarixində dərc olunub.

Rusiya Xarici İşlər Nazirliyi 2020-ci il noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatının imzalanmasının ildönümü ilə bağlı açıqlama yayıb.

Bu barədə “Report” Rusiya XİN-ə istinadən xəbər verir.
Qeyd olunub ki, rəsmi Moskva dəyişmiş regional reallıqları adekvat nəzərə alaraq beynəlxalq ictimaiyyətin mövcud potensialından səmərəli istifadənin tərəfdarıdır.

Bildirilib ki, Rusiya sonrakı demarkasiyası üçün Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşdirilməsi ilə bağlı danışıqların başlanmasına yardım etməyə hazırdır:
“10 noyabr2020-ci il tarixli bəyanatda mühüm müddəa qeyd edilib - regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması. Hesab edirik ki, problemin uzunmüddətli həlli Azərbaycan-Ermənistan- dövlət sərhədinin delimitasiyası prosesinə başlanılması və onun sonradan demarkasiyasıdır. Rusiya tərəflərin tələbi ilə lazımi məsləhətçi yardımı göstərməyə, lazımi kartoqrafik materialı təqdim etməyə, zəngin demarkasiya təcrübəsini digər ölkələrlə bölüşməyə hazırdır”.

Müəllif: