Ucnoqta.az
www.ucnoqta.az

Bakıda motosiklet iki avtomobilə çırpılıb, <font color=red><b>xəsarət alan var - FOTO</b></font>

00:08 - 5 Noyabr 2021 tarixində dərc olunub.

Bakının Nəsimi rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Hadisə Füzuli küçəsində baş verib.
Belə ki, motosikleti idarə edən şəxs əvvəlcə dayanan “KİA” markalı nəqliyyat vasitəsinə, daha sonra “Skoda” markalı maşına çırpılıb.

Zərbənin gücündən motosiklet bir neçə metr aralı düşüb. Sürücüsü isə bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alıb.

Yaralı təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.///apa

Müəllif: