Ucnoqta.az
www.ucnoqta.az

Şəkidə traktorla minik avtomobili toqquşub, <font color=red><b>iki nəfər xəsarət alıb</b></font>

23:38 - 4 Noyabr 2021 tarixində dərc olunub.

Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun 32-ci kilometrliyində, Şəki rayonu Suçma kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib.

"Toyota Prado" markalı minik avtomobili Şəki rayonu Dərəcənnət kənd sakini, 1968-ci il təvəllüdlü Elman Məmmədovun idarə etdiyi traktoru arxadan vurub.
Qəza zamanı traktorun sürücüsü E.Məmmədov və tarktorda olan sürücünün həyat yoldaşı 1975-ci il təvəllüdlü Məhəbbət Məmmədova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: