Ucnoqta.az
www.ucnoqta.az

Tovuzda avtomobil dayanacağa çırpılıb, <font color=red><b>xəsarət alanlar var</b></font>

09:30 - 4 Noyabr 2021 tarixində dərc olunub.

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Yanıqlı kəndində qeydə alınıb.
Hərəkətdə olan "VAZ" markalı avtomobil idarəetməni itirib. Nəticədə minik avtomobili yol kənarındakı avtobus dayanacağına çırpılıb. Bu zaman dayanacaqda olan 1977-ci il təvəllüdlü Heydərov Çoban Asif oğlu və 1999-cu il təvəllüdlü İsmayılov Pərviz Mübariz oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: