Ucnoqta.az
www.ucnoqta.az

Abşeronda 15 yaşlı qız özünü binadan ataraq intihar edib

08:31 - 4 Noyabr 2021 tarixində dərc olunub.
Abşeron rayonunda intihar hadisəsi baş verib. Ucnoqta.az xəbər verir ki, hadisə dünən Xırdalan şəhərində qeydə alınıb. 2006-cı il təvəllüdlü Q.Nəsirova yaşadığı binadan özünü atıb. Yaralı əvvəlcə Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin vəziyyəti ağır olduğundan 1 sayli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Ancaq həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Müəllif: