Ucnoqta.az
www.ucnoqta.az

Şəmkirdə 2 avtomobil toqquşub, <font color=red><b>xəsarət alanlar var</b></font>

20:54 - 3 Noyabr 2021 tarixində dərc olunub.

Bakı-Qazax avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların şəxsiyyəti məlum olub.

Hadisə nəticəsində 1967-ci il təvəllüdlü Novruz Novruzov, 1997-ci il təvəllüdlü Osman Məmmədov və daha 1 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Xəsarət alanların hər 3-ü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam edir.


20:34

Bakı-Qazax avtomobil yolunda yol-nəqliyyat hadisəsi olub.

Hadisə Bakı-Qazax avtomobil yolunun Göygöl rayon Düyərli kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

"Toyota Prado" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırmalara başlanılıb.///report

Müəllif: