Ucnoqta.az
www.ucnoqta.az

Bakıda çörək sexində qadının əli elektrik dəzgahında qaldı

08:52 - 3 Noyabr 2021 tarixində dərc olunub.

Bakıda ağır xəsarətlə nəticələnən bədbəxt hadisə baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.
Rayon ərazisində fəaliyyət göstərən çörək bişirən sexlərin birində işləyən 1971-ci il təvəllüdlü Mustafayeva Şəfiqə Səməd qızının sol əli elektrik dəzgahına ilişib.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol saidin geniş həcmli kəsilmiş sınıqları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.///report

Müəllif: