Ucnoqta.az
www.ucnoqta.az

Abşeronda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var

18:28 - 2 Noyabr 2021 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu ərazisində “Fiat” markalı minik avtomobilinin “КамАЗ” markalı yük avtomobilinə çırpılması barədə məlumat daxil olub.

Ucnoqta.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunan FHN-nin Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan “Fiat” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Müəllif: