Ucnoqta.az
www.ucnoqta.az

Salyanda avtomobil 26 yaşlı gənci vurub

00:29 - 2 Noyabr 2021 tarixində dərc olunub.

Salyanda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Salyan şəhərində qeydə alınıb. Rayonun Şorsulu kənd sakini, 1995-ci il təvəllüdlü Sabirzadə Sabir Şəhriyar oğlu yolu keçərkən “Moskviç” markalı avtomobil onu vurub.
Müxtəlif xəsarətlər alan yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: