Ucnoqta.az
www.ucnoqta.az

Oğuzda "VAZ-2107" inəyi vurdu - <font color=red><b>ata və qızı xəsarət alıb</b></font>

21:00 - 1 Noyabr 2021 tarixində dərc olunub.

Oğuz rayonunda yol qəzası baş verib.

Hadisə bu gün axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Sincan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı avtomobil hərəkətdə olarkən qarşısına çıxan inəyi vurub. Nəticədə Oğuz rayonunun Kərimli kənd sakinləri - sürücü, 1964-cü il təvəllüdlü Rəhman Əlövsət oğlu Əzizov və onun qızı, 1995-ci il təvəllüdlü Rəvanə Əzizova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Zərbənin gücündən inək tələf olub.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: