Ucnoqta.az
www.ucnoqta.az

Rusiyada yeniyetmə yük qatarının altında qalaraq dünyasını dəyişib

09:47 - 1 Noyabr 2021 tarixində dərc olunub.

Rusiyanın Nijni Novqorod vilayətində yeniyetmənin yük qatarının təkərləri altında qalması ilə nəticələnən faciə baş verib.

Bu barədə vilayətin hüquq-mühafizə orqanlarından bildirilib.

Hadisənin Serqaçdan Arzamas istiqamətində olan dəmir yolu xəttinin 456 km-də baş verdiyi vurğulanıb.

Yük qatarının sürücüsü 15 yaşlı yeniyetməni görməyib və oğlan qatarın altına düşüb.

Təcili tibbi yardım gələnə qədər yeniyetmə dünyasını dəyişib.

Nəqliyyat polisinin məlumatına görə, faciə ilə əlaqədar qatarların hərəkətində ləngimə olmayıb. Hadisənin təfərrüatları araşdırılır.///Apa

Müəllif: