Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda özünü dənizə atan şəxs xilas edilib

09:03 - 1 Noyabr 2021 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN ) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhəri ərazisində 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaş sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Müəllif: