Ucnoqta.az
www.ucnoqta.az

Rusiyada COVID-ə yoluxma sayı yenidən artdı

16:15 - 31 Oktyabr 2021 tarixində dərc olunub.

Rusiyada son sutkada 40 993 nəfər COVID-ə yoluxub.

Bu, pandemiyanın başlanmasından indiyədək qonşu ölkədə qeydə alınan ən yüksək göstəricidir.

Ötən 24 saat ərzində 1158 nəfər virusun qurbanı olub.

Həmçinin, 27 115 nəfər sağalaraq adi həyat tərzinə qayıdıb.

Mənbə: TASS

Müəllif: