Ucnoqta.az
www.ucnoqta.az

Ağsuda 65 yaşlı qadını avtomobil vurdu

11:00 - 31 Oktyabr 2021 tarixində dərc olunub.

Ağsuda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb. Avtomobil yolu keçən 1956-cı il təvəllüdlü Mehdiyeva Məleykə Salay qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol kürək nahiyəsinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: