Ucnoqta.az
www.ucnoqta.az

Yevlaxda keçmiş məhkumdan narkotik vasitələr götürülüb

11:11 - 30 Oktyabr 2021 tarixində dərc olunub.

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Yaşar Əlizadə saxlanılıb.

Ondan satış məqsədi ilə əldə etdiyi heroin və marixuana, həmçinin elektron tərəzi aşkar edilərək götürülb.

Faktla bağlı Yevlax RPŞ-də araşdırma aparılır.

Müəllif: