Ucnoqta.az
www.ucnoqta.az

Avropada qazın qiyməti ucuzlaşıb

22:10 - 28 Oktyabr 2021 tarixində dərc olunub.

Avropada qazın qiyməti 24 sentyabrdan bəri ilk dəfə 1000 kubmetr üçün 900 dollardan aşağı düşüb.

Bu barədə Londonun "ICE" birjasının məlumatlarında deyilir.
Məlumata əsasən, saat 19:42-də Niderlandın TTF habında noyabr fyuçerslərinin qiyməti min kubmetr üçün 897,8 dollar təşkil edib.

Bildirilir ki, qiymətdə son 1 gündə qeydə alınan ümumi azalma 14 faiz təşkil edib.

Oktyabrın 27-si Avropada qaz 1000 kubmetr üçün 1040 dollar səviyyəsində alınıb satılıb.///trend

Müəllif: